Slovakiya Parlamenti ölkədə növbədənkənar parlament seçkilərinin sentyabrın 30-da keçirilməsinə dair qərar qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, seçki günü koalisiyalı hökuməti təşkil edən üç partiya ilə müxalifətdəki liberallar arasında razılaşdırılıb. Digər müxalifət partiyaları isə növbədənkənar seçkilərin daha erkən tarixə təyin edilməsinə tərəfdar olublar. Onlar seçkilərin gec tarixdə baş tutmasının ölkədəki siyasi durğunluğu və böhranı daha da uzadacağı qənaətindədirlər.
Slovakiya Konstitusiyasında aparılan müvafiq dəyişiklik nəticəsində növbədənkənar seçkilərin keçirilməsi mümkün olub. Əks halda növbəti seçkilər gələn ilin fevral ayında keçirilməli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB