Abramoviçin pulları Ukraynaya bağışlanacaq?

Britaniya hökuməti rusiyalı milyarder Roman Abramoviçin Londonun “Çelsi” futbol klubunun satışından aldığı 2,3 milyard funt-sterlinqi Ukraynada müharibə qurbanlarına yardım fonduna köçürməyi planlaşdırır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Abramoviç Avropa İttifaqı sanksiyaları altında olduğundan hakimiyyət Avropa İttifaqının təsdiqini gözləyir.

Qeyd edək ki, məsələnin yekun qərarı bir neçə həftə çəkə bilər.

Media qeyd edir ki, pul göndərilməsi planlaşdırılan fondun yaradılması ideyası Abramoviçin özünə məxsus olub. Bu, milyarderin ötən il martın əvvəlində Ukraynadakı müharibəyə görə sanksiyalarla üzləşməsi zamanı yaranıb.

“Çelsi”nin satılması ilə bağlı müqavilə ötən ilin əvvəlində elan edilib və mayın sonunda tamamlanıb. Klub 4,25 milyard funt-sterlinqə amerikalı investor Todd Bolinin rəhbərlik etdiyi konsorsiuma satılıb. Satışdan əldə edilən vəsait xüsusi bank hesabına yatırılıb və orada dondurulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə