Lukaşenka sanksiyalara görə amerikalılara təşəkkür edib

Bu arada Aleksandr Lukaşenko amerikalılara və bütün kollektiv Qərbə Belarusa qarşı tətbiq edilən sanksiyalara görə təşəkkür edib.

SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, Birinci Telegram kanalı xəbər verir ki, bu barədə Belarus Respublikasının rəhbəri yanvarın 31-də Belarus traktorunu Zimbabve rəhbərliyinə təhvil verilməsi zamanı bildirib.

Qeyd edək ki, dövlət başçısı Aleksandr Lukaşenko Zimbabvedə dövlət səfərində olarkən həm Amerika Birləşmiş Ştatlarına, həm də digər Qərb ölkələrinə Belarusa qarşı tətbiq etdikləri məhdudiyyətlərə görə minnətdarlığını bildirib.

“İlk növbədə, amerikalılara və bütün Qərb dünyasına bizə qarşı sanksiyalar tətbiq etdiklərinə görə təşəkkür etmək istəyirəm. Əks halda, bu nəhəng tarlada Belarus traktorları deyil, Amerika və Alman traktorları dayanardı”.

Lukaşenko deyib bunu.

Xatırladaq ki, bir müddət bundan əvvəl Belarus və Zimbabve Respublikası arasında əməkdaşlığa dair bir sıra ikitərəfli sənədlərin imzalanması barədə məlumat vermişdik.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə