Kommunal xərcləri ödəmək üçün narkotik alverinə girişib

Bu arada Rusiyanın Nijni Tagil şəhərində əməliyyatçılar 66 yaşlı təqaüdçünü saxlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qadın narkotik alverində şübhəli bilinir.

Beləliklə, rus polisi pensiyaçı qadının yanına saxlanılan hansısa narkomanın onlara verdiyi məlumata görə gəliblər. Belə ki, saxlanılan narkoman satıcı kimi qadını nişan verib.

Qeyd edək ki, təqaüdçü qadın hər şeyi etiraf edib, əməliyyatçılar gözə dəyməyən, içərisində narkotik maddə olan 28 bağlama aşkar ediblər.

Qadının sözlərinə görə, kreditə yığılan borclar və kommunal xərcləri ödəyə bilmədiyi üçün narkotik alverinə başlayıb.

Qadın indi zaminə buraxılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə