Ruslar “əjdaha dişləri"ndən istehkam qurqurlar

Rus əskərləri Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş hissəsində istehkamlar tikirlər. Burada söhbət, “əjdaha dişləri” deyilən daşlardan gedir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Melitopol meri İvan Fedorov Telegram-da məlumat verib.

Onun sözlərinə görə, bu daş maneələrin bəziləri artıq quraşdırılıb.

Yəni artıq Melitopol ətrafında, Berdyansk, Vasilyevka və Xerson vilayəti tərəfdən artıq istehkamlar qurulub.

Fedorov qeyd edib ki, son həftələrdə ruslar Berdyansk hava limanının ətrafında - cəbhə xəttindən 100 km aralıda da xəndəklər qazaraq “əjdaha dişləri” qoymağa başlayıblar.

Melitopol merinin dediyinə görə, ruslar artıq müvəqqəti olaraq işğal olunmuş Krımda da müdafiə xətti qurmaq üçün adamlar axtarırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə