Ukraynaya döyüşə göndərilən qırğızlar Bişkekdən kömək diləyirlər

Rusiya pasportuna malik Qırğızıstanlılar insan haqları müdafiəçilərindən səfərbərlikdən yayınmağa kömək etmələrini xahiş edirlər

Bu gün Qırğızıstan hüquq müdafiəçiləri Rusiyadakı qırğız miqrantların Ukrayna ilə müharibə üçün səfərbər olmamaq üçün onlara müraciət etdiklərini deyirlər.

Ancaq onlara necə kömək edəcəklərini bilmirlər.

Onların dediyinə görə, yüz minlərlə qırğızıstanlı keçmişdə Qırğızıstan vətəndaşlığını dayandırmadan Rusiya vətəndaşlığını alıblar. Ona görə də, bu problem dövlət səviyyəsində həll olunmalıdır.

Qeyd edək ki, bu gün rusiyalı qırğızlar Ukrayna ilə müharibəyə səfərbər olmamaq üçün kömək istəyirlər və Qırğızıstan səfirliyinin bu işdə onlara kömək etməməsindən şikayətlənirlər.

Yeri gəlmişkən, statistikaya görə, Rusiya vətəndaşlığını qəbul etmək istəyən qırqızların sayı azalmır, əksinə, artır. Belə ki, əgər beş il əvvəl səkkiz min qırğızıstanlı Rusiya pasportu almışdısa, iki il əvvəl - artıq 20 min, keçən il isə Rusiya ordusu Ukraynaya hücum edəndə 37 min qırğızıstanlı Rusiya vətəndaşı olmuşdu.

Əslində, qırğızların bu pasportları niyə aldıqları başa düşüləndir. Bu gün Qırğızstandakı hüquq müdafiəçiləri hazırda 500 min qırğızın Rusiyada təhlükə altında olduqlarını iddia edirlər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiyada həbsdə olan Ayan Alışerovun ölümü ilə bağlı xəbər verilmişdi. Qeyd edək ki, Ayanın Qırğızıstandakı valideynləri onun Rusiyada həbsdə olduğunu düşünürdülər, amma o, sən demə, türmədən Ukraynaya döyüşə göndərilibmiş...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə