Rus polisinin "zəhərə döndərdiyi" restoran qonaqlığı

Krasnodarın Leninski Rayon Məhkəməsi yerli sakin Aleksey Ovçinnikovu arvadı ilə restoranda şam yeməyi zamanı müharibə əleyhinə danışdığına görə 15 sutka həbs edib.(...belələrinə deyəsən ey, restorana gəlmisən zəhərini ye, dur get də... A.B.)

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ovçinnikov xırda xuliqanlıqda (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsi), həyat yoldaşı Olesya isə həmin maddə ilə 1000 rubl məbləğində cərimələnib. Bundan əlavə, Olesyaya qarşı Rusiya ordusunu “diskreditasiya” ilə bağlı protokol tərtib edilib (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi), daha sonra məhkəməyə göndəriləcək.(...yenə deyirəm, mərdiməzarlığa bax, görən, danosbazlığı kim edib-A.B.)

Qeyd edək ki, Aleksey və Olesya Ovçinnikovlar bazar ertəsi, yanvarın 30-da Krasnodardakı “Na Drovah” restoranında saxlanılıblar. Restoranın sahibi polisə müraciət edib. Ovçinnikovların dediyinə görə, gələn polislər onları qandallayıb və bir saata yaxın həmin vəziyyətdə saxlayıblar. Bundan sonra isə onları şəhərin Qərb rayon polis şöbəsinə aparıblar (...denən daha nə yeyib içibmişlər hamısını haram ediblər də... A.B.).

...Polislər onlara həbsin müharibə əleyhinə bəyanatlarla bağlı olduğunu bildiriblər. Bundan sonra xırda xuliqanlıq üzrə protokollar tərtib ediblər...və bundan sonra 1000 rublu alınan Olesya Ovçinnikova polis şöbəsindən azad edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə