Dünaynın 65 faiz əkin torpaqlarına malik olmasına baxmayaraq, acdırlar

... Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edir ki, Afrika İnkişaf Bankı (AfDB) tərəfindən müəyyən edilən bu rəqəm 2030-cu ildə 310 milyona yüksələ bilər

Dünyada aclıqdan əziyyət çəkən 828 milyon adamın 278 milyonu Afrikada yaşayır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edir ki, Afrika İnkişaf Bankı (AfDB) tərəfindən müəyyən edilən bu rəqəm 2030-cu ildə 310 milyona yüksələ bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Afrika dünyanın toxunulmamış kənd təsərrüfatı torpaqlarının 65 faizinə malikdir.

Qitənin 2050-ci ilə qədər 9 milyard adamı qidalandırmaq üçün kifayət qədər əkin sahəsi olsa da, 100 milyon tondan çox ərzaq idxal edir.

2022-ci il Afrika Kənd Təsərrüfatı Vəziyyəti Hesabatı Afrikadakı kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinin təsiri və qlobal böhranlara davamlılıq üçün hər il 257 milyard dollara ehtiyacı olduğunu ortaya qoydu.

Müstəqillikdən əvvəl afrikalı fermerlərin öz ehtiyaclarına uyğun vahid istehsal tətbiq etmələri və bu vərdişin bu gün də davam etməsi qitənin kənd təsərrüfatı sahəsində inkişafına mane olur. Bundan əlavə, sürətlə artan əhali, infrastruktur və kənd təsərrüfatına sərmayənin qoyulmaması Afrikada ərzaq problemini daha da dərinləşdirir.

Qitədə 30-dan çox silahlı terror qruplaşmasının olması əkinçilik və heyvandarlığa da mənfi təsir göstərir. Xüsusilə Sahel bölgəsi və Çad gölü hövzəsində terror və təhlükə riskləri səbəbiylə milyonlarla adamın aclıq və qida çatışmazlığı yaşadığı məlumdur.

BMT rəqəmləri dünyanın ən uzun sürən və mürəkkəb münaqişə zonalarından biri olan Çad gölü hövzəsində yerləşən Kamerun, Çad, Niger və Nigeriyada 5,6 milyon adamın ciddi ərzaq problemi ilə üzləşdiyini ortaya qoyur.

BMT xəbərdarlıq edir ki, terror təşkilatları səbəbiylə ərzaq təhlükəsizliyini artırmaq üçün tədbirlər görülməzsə, Saheldə 18 milyon nəfəri aclıq gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə