"Bütün şübhəlilər saxlanılsın!"

Putin terror təhlükəsinin “sarı” səviyyədə olduğu bölgələrdə avtomobillərin yoxlanılması barədə göstəriş verib

Terror təhlükəsinin “sarı” səviyyəsinin tətbiq olunduğu Rusiya regionlarında avtomobillərin texniki baxışı tətbiq edilir. 48 saylı müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəd bu gün, yanvarın 31-də hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Vladimir Putin ərazisində terror təhlükəsinin “sarı” səviyyəsi müəyyən edilmiş subyektlərin sərhədlərindən nəqliyyat vasitələrinin keçirilməsinə yoxlama və nəzarəti gücləndirməyi tapşırıb. Deməli, xüsusi texnikanın köməyi ilə avtomobillərdə silah və partlayıcı maddələr axtarılacaq.

Qeyd edildiyi kimi, əslində 2012-ci ildə qəbul edilmiş əvvəlki fərmana yeni bənd əlavə ediləcək:

Ərazisində terror təhlükəsi səviyyəsi müəyyən edilmiş Rusiya Federasiyasının subyektinin inzibati sərhədlərindən nəqliyyat vasitələrinin hərəkətinə nəzarətin gücləndirilməsi,

silah və partlayıcı maddələrin aşkar edilməsi üçün texniki vasitələrdən istifadə etməklə nəqliyyat vasitələrinə baxış keçirilməsi.

Xatırlad ki, əvvəllər avtomobillərin texniki vasitələrlə yoxlanılması yalnız “qırmızı” təhlükə səviyyəsinin tətbiqi ilə həyata keçirilirdi.

Qeyd edək ki, hazırda Rusiyanın yeddi regionunda terror təhlükəsinin “sarı” səviyyəsi fəaliyyət göstərir.

Bunlar Belqorod, Voronej, Bryansk və Kursk vilayətləri, Sevastopol, eləcə də Krımın müəyyən bölgələri və Krasnodar diyarıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə