"Bu şərtlərdə İsveçin NATO üzvlüyünü qəbul etməyimiz qeyri-mümkündür"

Mövlud Çavuşoğlu Macarıstanın xarici və xarici ticarət naziri Peter Szijartola Macarıstanın paytaxtı Budapeştdə görüşlər keçirir.

"İsveç NATO-ya üzvlüklə bağlı öhdəliklərini yerinə yetirəcəyi təqdirdə oturub düşünüləcəkdir, lakin hazırda bu şərtlər daxilində İsveçin NATO üzvlüyünü qəbul etməyimiz qeyri-mümkündür".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici və xarici ticarət naziri Peter Szijartola Macarıstanın paytaxtı Budapeştdə baş tutan görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Türkiyə və Macarıstanın hələ də İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiq etməyən iki ölkə olması ilə bağlı suala Çavuşoğlu "Biz Türkiye olaraq eynilə Macarıstan kimi NATO-nun genişlənməsini dəstəkləyirik" cavabını verib.

Türkiyenin İsveç və Finlandiyanın təhlükəsizlik narahatlıqlarını anladığını vurğulayan Çavuşoğlu deyib:

"Amma bir tərəfdən o iki ölkənin təhlükəsizlik qayğılarını anlayarkən Türkiyenin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab verilməməsi qəbul edilməzdir, o da terrorla mübarizədir. Təəssüflər olsun ki, bu terror təşkilatları FETÖ, PKK, PYD bu ölkələrdə xüsusilə də İsveçdə aktiv şəkildə fəaliyyət göstərirlər. Pul yığmaq, terroru maliyyələşdirmək, adam toplamaq, oradan İraqdakı Qəndil dağına, Suriyaya insanları aparırlar, təbliğatlarını davam etdirirlər".

Nazir Çavuşoğlu Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memoranduma işarə edərək, "Bu anlaşma memorandumuna görə, bu iki ölkə öz ölkələrində bu cür fəaliyyətləri dayandıracaq. Bu, aydın və birmənalı şəkildədir. Biz nə çox, nə də az şey istəyirik" deyib.

Szijartonun İsveç və Danimarkada Quran-ı Kərimin yandırılmasını qəbuledilməz adlandırdığına işarə edən və həmkarına təşəkkürünü bildirən Çavuşoğlu onu da deyib ki, bizim inancımıza görə, antisemitizm də insanlığa qarşı cinayətdir, antixristianlıq da insanlığa qarşı cinayətdir. Anti-İslam da insanlığa qarşı cinayətdir. İnsanlığa qarşı cinayət olan hərəkətləri fikir və düşüncə azadlığı adlandırmaq olmaz. Bir müsəlman olaraq fərqli inanclara və müqəddəs kitablara eyni hörmət göstərilməlidir. İsveçin gələcəkdə öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini görəcəyik. Ancaq bu şərtlərlə İsveçin NATO üzvlüyünə "hə" deməyimiz qeyri-mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə