"Taxıl müqaviləsinin Nikolayev limanlarını əhatə etməsinin vaxtı çatıb"

Zelenski Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı effektiv mübarizə aparmaq üçün tanklara ehtiyacı olduğunu bildirib

"Taxıl müqaviləsinin Nikolayev limanlarını da əhatə etməsinin vaxtı çatıb". SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Ukraynanın Odessa şəhərində səfərdə olan Danimarkanın Baş naziri Mette Frederiksen ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Taxılla bağlı müqaviləni Nikolayev vilayətinin limanlarına qədər genişləndirməyin və gəmilərin hərəkəti üçün bütün maneələri aradan qaldırmağın vaxtı çatıb” deyə bildirən Zelenksi Danimarkanın bu məsələdə onları dəstəkləyəcəyinə ümid etdiyini dilə gətirib.

Zelenski Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bu yana davam edən müharibə ilə bağlı vəziyyətə də toxunub və xüsusilə Donbas bölgəsində ağır toqquşmaların davam etdiyini xatırladıb.

Zelenski Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı effektiv mübarizə aparmaq üçün tanklara ehtiyacı olduğunu, müttəfiqləri Ukraynaya tankların göndərilməsi prosesini sürətləndirməyə çağırıb.

Danimarkanın Baş naziri Frederiksen isə Nikolayev və Odessa bölgələrində Zelenski ilə təqiqatlar apardığını bildirib.

Rusiyanın hücumları nəticəsində Nikolayev bölgəsindəki infrastrukturlara ciddi ziyan vurulduğunu bildirən Frederiksen bölgənin bərpası işlərində Ukraynaya dəstək verəcəklərini dilə gətirib.

Xatırladaq ki, Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov noyabrda tərəfdaşlara taxıl müqaviləsini Nikolayev limanına qədər genişlətməyi təklif edib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Qriffits isə deyib ki, taxıl sazişinin yaxın gələcəkdə digər limanları da əhatə etməsi çətin görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə