“Belarus” traktorunun gəlhagəlidir?

Aleksandr Lukaşenko zimbabveli həmkarına Belarus traktoru bağışlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yanvarın 31-də “Pool of the First” Telegram kanalı məlumat yayıb.

Traktorun Zimbabveyə təhvil verilməsi mərasimində Aleksandr Lukaşenko və Emmerson Mnanqaqva bir-birlərinə hədiyyələr veriblər.

Budur, bu da Zimbabve prezidentinin Aleksandr Lukaşenkoya hədiyyəsi: müqəvva şir!

Amma deyim ki, Lukaşenko da intellektual biri kimi, hədiyyə verilən şirin Minskdəki Müstəqillik Sarayında yaşamaq icazəsi ala biləcəyini bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Aleksandr Lukaşenko artıq Belarus istehsalı olan traktorun hədiyyə kimi ilk təqdimatını etmişdi. Belə ki, o, Rusiya prezidenti Vladimir Putinə 70 illik yubileyi münasibətilə “Belarus” traktorunun sertifikatını təqdim etmişdi.

Necə deyərlər, varın verən utanmaz!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə