Antonio Quterreş Pakistanda baş vermiş terroru pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş yanvarın 30-da Pakistanda məsciddə törədilən terror aktını pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stephan Dujarrik tərəfindən verilən açıqlamada "Hücumun ibadət yerində baş verməsi xüsusilə iyrəncdir". ifadəsindən istifadə edilmişdir.

“Din və ya inanc azadlığının, o cümlədən dinc və təhlükəsiz şəraitdə ibadət edə bilmənin ümumbəşəri insan hüququ olduğunu” vurğulayan Quterreş hücumu pisləyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib" açıqlamada qeyd edilib.

Qeyd edək ki, yanvarın 30-da Pakistanın Pişəvər şəhərində günorta namazı zamanı məscidə terror hadisəsi baş verib. Hadisə zamanı içərilərində polis əməkdaşları olmaqla 72 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə