Türkiyədə keçiriləcək prezident seçkiləri NƏ İLƏ NƏTİCƏLƏNƏCƏK? - TÜRK POLİTOLOQ AÇIQLADI
“Türkiyədə 2023-cü il prezident seçkiləri ölkəmizin və millətimizin taleyi baxımından əsl yol ayrıcını təmsil edəcək. Biz bu seçkidə “Türkiyəni ölkəmizin və millətimizin qurulmasının 100-cü ildönümünə aid etdiyimiz böyük hədəflərə çatmasına kömək edərək, ölkəmizin demokratiyasını və inkişaf qazanımlarını qorumağa çalışırıq" deyən prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tərəfdarıyıq". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Onun sözlərinə görə, türk bayrağı altında biz bu adla necə, niyə və hansı şərtlərlə yola çıxdığımızın hesabını verməyə çalışırıq: "Əvvəla, bunu xüsusi qeyd etmək istəyirəm ki, Türk dünyası və beynəlxalq iş dünyası yatırım birliyi konfederasiyası olaraq biz də ən böyük müşavirəni millətimizlə etdik. Atdığımız hər addımda ilk növbədə millətimizin sonra isə təşkilatımızın gözünə baxdıq. Təşkilatlarımızla bir araya gəlməmizi təmin edən prezidentimiz Rəcəb Tayyib Ərdoğana, onu gecə-gündüz müşayiət edən xarici işlər naziri Mövlüt Çavuşoğluya, bu vəzifədə canını və vaxtını fəda edənlərə, bütün dövlət qurumlarında sevgi ilə çalışan hər kəsə təşəkkür edirəm. Hər zaman dediyimiz kimi, mövcud hökumət millətin partiyasıdır, millətin səsidir, millətin xidmətçisidir, 24 saat millətin yanındadır.
Biz prezidentimizin işığında daha böyük hədəflərə doğru gedirik. Təbii ki, bəzən gündəlik əngəllər olur. Lakin onların müvəqqəti olduğunu bilirik. Çətinliklər hamımızı alt-üst edir, lakin getdiyimiz yolun düzgün olduğunu bildiyimiz üçün hər bir maneəni dəf etmək üçün səbrlə və əzmlə çalışırıq. Biz hər məsələni həll edib və hər mübarizəni qələbə ilə başa vururuq. Bu mövqeyi görür, qiymətləndirir və dəstəkləyirik.
İndi isə biz yeni bir sınaq, 2023-cü il seçkiləri ərəfəsindəyik. Millətimizin qarşısına bir daha çıxacaq Rəcəb Tayyib Ərdoğan, keçmişin hesabını verəcək, gələcəkdə nə edəcəyini açıqlayacaq və növbəti beş il üçün seçicilərdən lisenziya istəyəcək.
Şübhəsiz ki, hər seçki önəmlidir və hər seçki həyati əhəmiyyət kəsb edir. Lakin 2023-cü il seçkiləri təkcə Türkiyədə deyil, Qafqazda da Azərbaycanın, Qırğızıstanın, Qazaxıstanın, Özbəkistanın və digər müsəlman qardaşlarımızın imtahanıdır. Türk müsəlman qardaşlarımıza indidən xeyirli-uğurlu olsun deyirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB