"Ukraynanın NATO-ya daxil olması ilə bağlı diplomatiya ikibaşlı olub". SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.
"Əgər biz Ukraynanın NATO-ya üzv olması ilə bağlı dediyimizi həyata keçirsəydik, ardıcıl olsaydıq, bu faciələr baş verməzdi", - deyə o bildirib.
Conson Ukraynanın NATO üzvü olacağı təqdirdə, Rusiyanın bu ölkəyə hücumdan çəkinəcəyini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB