Futbola baxarkən dəhşətli hadisə yaşandı

Futbola baxarkən dəhşətli hadisə yaşandı

Kolumbiyada silahlı insident baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Barranquilla şəhərindəki çayxanalardan birində futbol matçını izləyən qrupa silahlı hücum olub.

Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbi isə məlum deyil.

Bildirilib ki, mütəşəkkil cinayətkar qrupların mövcudluğu və qeyri-qanuni ticarətlə bağlı bölgədə əhalinin ciddi təhlükəsizlik problemləri mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə