Yunanıstan təyyarəsi dənizə düşüb

Yunanıstan təyyarəsi dənizə düşüb

Yunanıstana məxsus F-4 qırıcı təyyarəsinin dünən İyon dənizi üzərində təlim uçuşu həyata keçirərkən naməlum səbəbdən qəzaya uğradığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan dövlət televiziyası təlim uçuşu həyata keçirən təyyarənin İon dənizi üzərində olarkən radarlardan itdiyini, Mani yarımadasından 46 kilometr aralıda düşdüyü bildirilib.

Təyyarənin qalıqları saatlar sonra tapılıb. Sözügedən F-4-ün qəza zamanı eyni tipli bir təyyarə ilə yan-yana təlim uçuşu etdiyi qeyd edilir. Yerli media bildirir ki, təyyarə qəzaya uğramazdan əvvəl pilotların ejektor oturacaqlarından istifadə etdiyinə dair siqnal olub.

Bütün xəbərlər Facebook səhifəmizdə