Quranın yandırılmasına icazə verilməyəcək - Finlandiyadan mühüm qərar

Quranın yandırılmasına icazə verilməyəcək - Finlandiyadan mühüm qərar

Finlandiya polisinin verdiyi açıqlamaya görə, ictimai yerlərdə Quran kimi müqəddəs kitabların yandırılmasına icazə verilməyəcəyi bildirilib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın qərarı alqışladıqlarını açıqlayıb. SİA-nın Finlandiya mətbuatının ölkədə fəaliyyət göstərən STT xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Finlandiya Milli Polis İdarəsi müqəddəs kitabların yandırılmasını “cəzalandırıla bilən cinayət” kimi qiymətləndirəcək. Müvafiq olaraq, müqəddəs kitabların təhqir edilməsinə də eyni cür yanaşılacaq. Bəyanatda fikirləri yer alan Finlandiya polisi Vesa Pihajoki bunları deyib: "Qurani-Kərimin yandırılması planlaşdırılsaydı, polis nümayişin təşkilatçısına icazə verilməyəcəyini əvvəlcədən xəbərdar edərdi. Bundan əlavə, əgər aksiya nümayiş zamanı baş verərsə və ya polisin diqqətini çəkən hər hansı başqa vəziyyətdə polis müdaxilə etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə