Meksikada yeni dünya rekordu qeydə alınıb

Meksikada yeni dünya rekordu qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Morelos əyalətinin paytaxtı Cuernavaca şəhərinin tarixi meydanında keçirilən tədbirdə dünyanın ən uzun takosu hazırlanıb.

Şəhərdə bir çox restoran operatoru və qastronomiya fakültəsi tələbələrinin də olduğu yüzlərlə insanın iştirakı ilə baş tutan tədbirdə hazırlanan 7 metr 40 santimetr uzunluğundakı tako dünyanın ən uzun takosu olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Bir ədəd qarğıdalı tortillası ilə hazırlanan dolmalara 37 kiloqram qarğıdalı unu xərclənib.

Tədbirdən əvvəl açıqlama verən Cuernavaca şəhərinin İnsan İnkişafı və Sosial İnklüziv Katibi Laura Patricia Hernandez, “İlk növbədə dağılmadan 70 metr uzunluğunda lavaş hazırlamalıyıq. Deyə bilərik ki, bu, dünyanın ən uzun takosunu hazırlamağın ən çətin hissəsidir”.

Cuernavaca meri Xose Luis Salqado şəhərini rekordun qırılması münasibətilə təbrik edərək, "Bu uğur bu gün bura nizam-intizam və böyük sevgi ilə gələnlərin səyi ilə əldə edilib" dedi.

Qeyd edək ki, daha əvvəl Cuernavacada hazırlanan 65 metr uzunluğundakı tako ilə dünyanın ən uzun tako rekordu qırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə