"Biz hər bir işə ayrıca baxacağıq” - MAKRON

Ukraynaya qırıcı təyyarələrin tədarük ehtimalı istisna oluna bilməz, ancaq bu, eskalasiyaya səbəb olmamalı və Fransa ordusunun müdafiə qabiliyyətinə xələl gətirməməlidir. SİA “interfax.ru”ya istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Hollandiyaya səfəri zamanı qırıcı təyyarələrin Ukraynaya tədarük mümkünlüyü ilə bağlı sualı cavablandırarkən belə deyib: “Əslində heç nə qadağan olunmayıb. Biz hər bir işə ayrıca baxacağıq”.

Qırıcı təyyarələrin göndərilmə şərtlərini sadalayan Makron vurğulayıb ki, bu silahlar Rusiya ərazisinə zərbələr endirmək üçün deyil, Ukraynanın müqavimət göstərmək səylərinə kömək etmək məqsədilə göndərilə bilər.

Xatırladaq ki, yanvarın əvvəlində “Politico” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Qərb ölkələrinin nümayəndələri Ukraynaya qırıcı təyyarələrin ötürülməsi imkanları ilə bağlı daxili müzakirələr aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə