Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilid” əməliyyatı zamanı 3 PKK terrorçusu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda deyilir ki, ərazidə terrorçulara məxsus sığınacaqlar məhv edilib.
Xatırladaq ki, İraqın şimalında “Pəncə-Kilid” şərti adı altında aparılan əməliyyat keçən il aprelin 17-də başladılıb.
Əməliyyat davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə