Blinken və Netanyahu NƏYİ MÜZAKİRƏ ETDİ? - DETALLAR

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfəri çərçivəsində bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı İrana qarşı mübarizənin gücləndirilməsi müzakirə olunub.

Tərəflər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər haqqında fikir mübadiləsi aparıblar.

“Bizim siyasətimiz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdan ibarətdir”, – deyə Netanyahu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə