Vaşinqton artıq Zelenskiyə etibar etmir?

Ağ Ev Ukrayna prezidenti Vladimir Zelenskiyə etibar etməyi dayandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Strana.ua” nəşrinin yanvarın 30-da dərc olunmuş materialında deyilir.

Deməli rusların yazdığına görə, Vaşinqton Ukraynada hərbi yardımın necə istifadə edildiyini araşdırmaq qərarına gələrək Kiyevə ayrılan maliyyəyə nəzarəti gücləndirmək qərarına gəlib.

Qeyd olunur ki, maliyyə yoxlamalarının aparılmasına səbəb, görünür, Ukrayna hakimiyyəti ilə birbaşa əlaqəli olan bir sıra istefalar və korrupsiya qalmaqalları olub.

Nəticədə, ukraynalı jurnalistlərin yazdığına görə, amerikalı kuratorlar audit aparmaq üçün Kiyevə mütəxəssislər göndəriblər.

Rus saytları Kiyevə mütəxəssislərin adını da açıqlayıb.

Bunlar USAİD-dən baş müfəttiş Nikol Anqarella, Dövlət Departamentindən Diana Şou və Pentaqondan Robert Storçdir.

Demək olar ki, onların Ukraynaya gəlişi ilə eyni vaxtda hər üç yoxlamanın internet saytında elanlar peyda oldu, burada ukraynalılar birbaşa olaraq Amerika yardımının mənimsənilməsi ilə bağlı məlumatları onlara çatdırmağa çağırdılar.

Bundan əlavə, amerikalı auditorlar hökumət rəsmiləri tərəfindən amerikan yardımının oğurlanması, xüsusən də Amerika yardımı hesabına qeyri-qanuni varlanma barədə anonim şəkildə məlumat verməyi təklif ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə