Türkiyə ilə Portuqaliya arasında protokol imzalanıb

Türkiyə ilə Portuqaliya arasında protokol imzalanıb

Ticarət naziri Mehmet Muş və Portuqaliyanın xarici işlər naziri Joao Qomes Kavinho Türkiyə-Portuqaliya İqtisadi və Ticarət Tərəfdaşlığı Komitəsi (ETOK/JETCO) IV. İclasın protokolunu imzalayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Paytaxt Ankarada keçirilən görüşdə iki ölkə arasında ticarət və iqtisadi məsələlərin bütün aspektləri müzakirə edilib, III. JETCO-nun toplantısından sonra atılan addımlar qiymətləndirilib.

Görüşdən sonra nazir Muş və qonaq nazir Kavinho ETOK/JETCO IV. İclasın protokolunu imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə