İşğal olunmuş ərazilərin pensiyaçıları pul gözləyirlər

2023-cü ildə Rusiyanın federal büdcəsindən Rusiya tərəfindən işğal olunmuş Ukrayna vilayətlərinin sakinlərinə pensiyalar üçün 321,4 milyard rubl ayrılması planlaşdırılır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, Rusiya hökumətinin Dövlət Dumasına baxılmasını təklif etdiyi qanun layihəsindən irəli gəlir.

Bu gün Rusiya hökumətinin məlumatına görə, 1,7 milyondan çox təqaüdçü işğal altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində yaşayır və onlardan 1,6 milyondan çoxu Rusiyadan sığorta pensiyası tələb edir. Qeyd edəkm ki, 2023-cü ildə onlar ayda orta hesabla 15,9 min rubl alacaqlar. Onu da qeyd edim ki, bunu rus saytları yazır.

…Qanun layihəsinə görə, işğal olunmuş rayonlarda “31 dekabr 2022-ci il tarixindən etibarən” qüvvədə olan qanunvericiliyə uyğun olaraq pensiyaya çıxmaq mümkün olacaq.

2026-cı ilə qədər işğal olunmuş ərazilərdə keçid dövrü var və bu müddət ərzində onlar Rusiyanın hüquq sisteminə daxil olmaqla inteqrasiya olunacaqlar.

Yeri gəlmişkən Ukrayna qanunlarına görə minimum pensiya yaşı kişilər və qadınlar üçün 60, özünü elan edən DPR və LPR qanunlarına görə kişilər üçün 60, qadınlar üçün isə 55 yaşdır.

Qeyd edək ki, işğal olunmuş ərazilərin sakinləri bu qaydalardan 2033-cü ilə qədər istifadə edə biləcəklər. …Amma Rusiyada pensiya yaşı 2028-ci ilə qədər daha yüksək olacaq: kişilər üçün 65, qadınlar üçün 60.

Xatırladaq ki, 2022-ci il yanvarın 1-nə olan məlumata görə, Rusiyada təxminən 42 milyon pensiyaçı yaşayırdı. Pensiya islahatları və COVID-19 pandemiyası səbəbindən Rusiyada pensiyaçıların sayının 2019-cu ildən bəri 1,8 milyon nəfər azaldığı deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə