Polşa Ukraynaya F-16 qırıcıları göndərməyə hazırdır

Polşa Ukraynaya F-16 qırıcıları göndərməyə hazırdır

Polşa baş naziri Mateuş Moraveyski ölkəsinin Ukraynaya F-16 qırıcıları göndərməyə hazır olduğunu bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, F-16-ların tədarükünün NATO ilə koordinasiyalı şəkildə həyata keçirilə biləcəyini vurğulayıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Moraveyskinin bu açıqlamasını yüksək qiymətləndirib. O, "Telegram" kanalında paylaşım edərək F-16-ların Ukrayna üçün vacib olduğunu yazıb.

"F-16-ların əldə olunması ilə bağlı danışıqlar davam edir. Bu tədarükün vacibliyini başa düşürük və tərəfdaşlarımızın dəstəyinə ümidliyik", - deyə Yermak qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə