Qırıcı təyyarə dənizə düşüb

Qırıcı təyyarə dənizə düşüb

Yunanıstan Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarə dənizə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "F-4" tipli qırıcı Andravida şəhəri yaxınlığında, İon dənizi səmasında olarkən suya düşüb.

Qəza zamanı təyyarənin göyərtəsində pilot və köməkçisi olub. Onların katapult etdiyi ehtimal edilir.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, səbəb araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə