“Abrams” tankları Ukraynaya gələn il göndərəcək?

“Abrams” tankları Ukraynaya gələn il göndərəcək?

Amerikanın “Abrams” tankları konveyerdən alınacağı üçün 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində Ukraynaya təhvil veriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” qəzeti bildirib.

Nəşrdəki məqalə müəlliləri Qərb tanklarının Ukraynaya tədarükü ilə bağlı danışıqlarda bu və ya digər şəkildə iştirak edən çoxlu sayda məmurlarla söhbət ediblər. Onlar etiraf ediblər ki, Birləşmiş Ştatlar “Abrams”ların təhvil verilməsini ancaq ona görə elan edib ki, əks halda Berlin öz “Leopard”larını göndərməkdən imtina edəcək.

Ona görə də Olaf Scholzun ​​müqavimətini qırmaq üçün Ağ Ev 31 M1A2 “Abrams” tankının Kiyevə çatdırılmasını elan etmək qərarına gəlib.

Bununla belə, döyüş maşınları Amerika ordusunun anbarlarından alınmayacaq, yeniləri istehsalçıdan sifariş ediləcək.

Ona görə də ukraynalılar bu ilin sonuna, ya da ki gələn ilin əvvəlinə kimi gözləməli olacaqlar?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə