Amerika heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək, çünki Azərbaycan ABŞ üçün Ermənistandan heç də az əhəmiyyətli ölkə deyil, hətta ondan da önəmlidir.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu erməni beynəlxalq mütəxəssis Suren Sarkisyan deyib.
“Dövlət nazirinin İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi barədə bəyanatını unutmayın. Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, əla oyunun yalnız bir komponentidir. Ona görə də Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcəklər”.
Təbii ki, burada erməni mütəxəssisin bəzi fikirlərinin elə erməni mövqeyi olduğunu da unutmamalıyıq.
Suren Sarkisyan ABŞ-ın Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım etdiyini deyir. Sarkisyana görə, bu hərbi yardım olmasa da, təhlükəsizlik baxımından yardımdır.
Erməni mütəxəssis həmçinin qeyd edib ki, ABŞ-ın sanksiyalar tətbiq edilməzdən əvvəl tətbiq oluna biləcək çox ciddi diplomatik alətləri var.
Ona görə, ABŞ-ın bu alətləri hələ tükəndirməyib və Azərbaycana qarşı hər hansı sanksiyaların tətbiq olunma ehtimalı praktiki olaraq sıfırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB