Somalinin paytaxtı Moqadişu hava limanında BMT-nin humanitar missiyasında iştirak edən Rusiya helikopteri atəşə tutulub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya səfirliyi yayıb.
Verilən məlumata görə, atışma nəticəsində ölən olmayıb və pilotlar işlərini davam etdirirlər.
İlkin məlumatlara görə, helikopterin atəşə tutulmasında “Əl-Şəbab” qruplaşması (qeyd edək ki, Rusiya Federasiyası Ali Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qərarı ilə terror təşkilatı kimi tanınır-A.B.) iştirak edib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələri xüsusi əməliyyat nəticəsində Somalinin şimalında “İslam Dövləti” terror qruplaşmasının liderlərindən biri olan Bilal əl-Sudanini məhv etdiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB