Azərbaycan Gürcüstanın yeni bölgələrini də qazlaşdırır

Azərbaycan Gürcüstanın yeni bölgələrini də qazlaşdırır

Bu il Gürcüstanda 150-dək kəndin qazlaşdırılması nəzərdə tutulur. Plana əsasən, 26 mindən çox əlavə abonent təbii qaz almaq imkanı əldə edəcək. Yeni qazlaşdırılacaq bölgələr Azərbaycandan alınacaq təbii qazla təmin olunacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasında ölkənin 2030-cu ilədək inkişaf strategiyası layihəsi ilə bağlı aparılan müzakirələr zamanı məlumat verilib.

Baş nazir İrakli Qaribaşvilinin iqtisadiyyat və davamlı inkişaf naziri, onun müavinləri ilə görüşündə müzakirə olunan məsələlər arasında ölkənin müxtəlif bölgələrinin qazlaşdırılması da diqqət mərkəzində olub.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın təbii qazla təmin olunmasında müstəsna rol oynayır. Hazırda Gürcüstanın istehlak etdiyi təbii qazın təqribən 90 faizi Azərbaycandan alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə