Hər “Abrams” tankı vurana 10 milyon rubl mükafat veriləcək

Hər vurulan Amerika “Abrams” tankı üçün rus iş adamları 10 milyon rubl mükafat ödəyəcəklər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu vədi səhnədə elədə uğur qazana bilməyən rusiyalı aktyor və rejissor İvan Oxlobıstin verib.

Oxlobıstin yazıb ki, özünü gizlətmədən məmnuniyyətlə sizə xəbər verməyə tələsirəm ki, bəzi iri rus biznesinin nümayəndələri mənə hər bir “Abrams” üçün 10 milyon rubl bonus təyin etdiklərini elan etmək səlahiyyəti verdilər.

Qeyd edək ki, dediyimiz uğursuz aktyor və rejissor Oxlobıstin bunu “Zen”dəki bloqunda yerləşdirib.

Xatırladaq ki, bir sıra dövlətlər daha əvvəl öz tanklarını Kiyevə köçürməyə hazır olduqlarını bildiriblər.

Xüsusilə də, ABŞ Ukraynaya 31 “Abrams” tankını təhvil verəcəyini açıqlayıb. Qeyd edək ki, Almaniyaya da 14 “Leopard 2” tankının Ukraynaya göndəriləcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə