“Rusiya ilə Ukrayna arasındakı müharibə o vaxt bitər ki…”

“Tagesspiegel” qəzetinə müsahibəsində O.Solts söyləyib...

Almaniya kansleri Olaf Şolts (Scholz) Rusiya ilə NATO arasında müharibəyə icazə verməyəcəklərini bildirdi.

SİA-nın əldə etdiyi məlumata görə, “Tagesspiegel” qəzetinə müsahibəsində Solts söyləyib: “Rusiya Ukraynaya hücum etməklə sərhədləri zorakılıqla dəyişməmək məsələsində onilliklər boyu Avropada təhlükəsizliyə zəmanət vermiş konsensusu pozub və buna görə də Ukraynanı dəstəkləyirik.

Ukraynaya verilən dəstəklə bağlı bütün qərarlar müttəfiq ölkələrlə birlikdə və nəzərə alınaraq qəbul edilir.

Rusiya ilə Ukrayna arasındakı müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün hər şeyi etməliyik. Bu müharibəyə heç bir NATO ölkəsinin birbaşa müdaxiləsi yoxdur”.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok yanvarın 24-də Strasburqda Avropa Şurasında çıxış edərək demişdi: “Biz bir-birimizə qarşı deyil, Rusiyaya qarşı müharibə edirik”. Amma NATO ilə Rusiya arasında müharibə yoxdur. Biz belə bir eskalasiyaya yol verməyəcəyik.

Rusiya prezidenti Vladimir Putinlə sonuncu dəfə 2022-ci il dekabrın əvvəlində danışdıq. Putinlə yenə telefonla danışacağam. Çünki biz bir-birimizlə danışmalıyıq.

Putinlə söhbətlərimizdə dəqiq mövqe tutmuşuq. Danışıqlarda məhbus mübadiləsi, Ukraynadan taxıl ixracı və ya Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı konkret məsələləri müzakirə edirik.

Rusiya təcavüzünü azaltmadan müharibəni davam etdirdiyi müddətcə mövcud vəziyyət dəyişməyəcək. Putin Ukraynadan qoşunlarını çıxarmaqla müharibə bitə bilər.

Almaniyaya Ukraynaya döyüş təyyarələrinin tədarükü ilə bağlı yeni tələblər var. Amma bundan söhbət gedə bilməz.

Almaniyada qərar qəbul edilən kimi növbəti debat başlayır və vətəndaşların hökumətin verdiyi qərarlara inamı sarsılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə