Artıq deyildiyi kimi, İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində partlayış baş verib. Maraqlıdır ki, bu partlayışın kim və ya kimlər tərəfindən törədildiyi hələ ki, məlum deyil.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu arada “Əl-Ərəbya” telekanalı məlumatlı mənbələrə istinadən ABŞ hərbçilərinin ballistik raket anbarını məhv etməyə çalışan pilotsuz təyyarələrin İrana zərbə endirməsində iştirak edə biləcəyi xəbərini yayıb.

Səbəb kimi isə, İran hökumətinə ballistik raketlərin istehsalına icazə verilməyəcəyi badərə verilən mesajlar göstərilib.

Başqa bit telekanal, “Əl Hadath” telekanalı isə öz növbəsində hücumun arxasında ABŞ Hərbi Hava Qüvvələri və başqa bir ölkənin ola biləcəyini bildirsə də, böyük ehtimalla bu ölkənin İsrail olmadığını vurğulayıb.

Lakin daha sonra telekanal tərəddüdlərə vararaq İsrailin İran hədəflərinə müəyyən hücumlarda iştirak edə biləcəyini istisna etməyib.

Yeri gəlmişkən, bu arada “The Jerusalem Post” Qərb mənbələrinə istinadən İsfahana vurulan zərbənin böyük uğurla həyata keçirildiyindən yazıb.

Nəşrin iddiasına görə, qabaqcıl silahlar hazırlayan İran obyektində dörd partlayış baş verib və İslam Respublikası səlahiyyətlilərinin guya “cüzi ziyan” dəydiyi demələrinə baxmayaraq, əslində dəyən ziyan çox böyükdür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə