"Ukraynanın Krımı ələ keçirmək planları iflasa məhkumdur?"

“...Krım sakinlərinin böyük əksəriyyəti Ukraynanın tərkibinə qayıtmaq istəmirlər. Ona görə də Kiyevin yarımadanı ələ keçirmək planları əvvəlcədən iflasa məhkumdur”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya bunu Amerikanın “The American Conservative” jurnalı yazıb.

“Kiyevin Krımı fəth etmək planı uğursuzluğa məhkumdur, çünki yarımadanın sakinləri (həsrətlə gözlədikləri-A.B.) Rusiyanın bir hissəsi olmaq istəyirlər”.

Qeyd edək ki, rus saytları Amerika nəşrindən nümunə gətirdikləri yazıya müəllif də göstəriblər: Maykl Varren Devis.

Beləliklə, Devis iddia edir ki, ABŞ-ın Kiyev rejiminə Krımı müasir silahlarla “ələ keçirmək” və bununla da yarımadanın sakinlərinə təzyiq göstərmək istəyi iyrənc fikirdir.

“Biz bu məqsədin mümkün və ya hətta mümkün olub-olmaması barədə mübahisə edə bilərik. Ancaq bir şey bizim üçün tamamilə aydın olmalıdır: Ukrayna Krımı, ya Luqanskı, ya da Donetski qaytarsa, onlar bunu azad edənlər kimi yox, fəth edənlər kimi edəcəklər”, - Devis bildirir bunu(?).

Və hətta Devis guya onu da qeyd edir ki, krımlıların əksəriyyəti Ukrayna hakimiyyətinin maneələrinə baxmayaraq, xüsusi əməliyyat başlamazdan xeyli əvvəl Rusiyaya qoşulmaq istəyini bildiriblər.

Amma insafla desək, Devis onların “qoşulmaq istədikləri” zaman heç bir zurna-qabaldan istifadə etdikləri barədə bir kəlmə də olsun söz salmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə