Ağır avtobus qəzası baş verib - ölən və yaralananlar var

Ağır avtobus qəzası baş verib - ölən və yaralananlar var

Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. SİA xəbər verir ki, hadisə Kayseri-Malatya yolunun 60-cı kilometrliyində baş verib.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Pınarbaşındakı xəstəxanalara qaldırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə