Tramp seçkiqabağı kampaniyaya başladı

ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp yanvarın 28-i şənbə günü seçki kampaniyası çərçivəsində ilk mitinqlərini keçirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onun gün ərzində biri Nyu-Hempşirdə və biri Cənubi Karolinada olmaqla iki mitinq keçirəcəyi bildirilir. Bu iki ştat ölkədə respublikaçıların praymerizini keçirən ilk ştatlardandır.

Tramp ötən ilin noyabrında 2024-cü il ABŞ prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb. O, bildirib ki, ABŞ prezidenti demokrat Co Bayden ABŞ-ı kömək istəməyə məcbur olan “kasıb ölkəyə” çevirib. Eks-prezident bəyan edib ki, Bayden ABŞ-ı tarixin ən pis dövrlərinə gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə