İsrail ölüm hökmünün tətbiqini təklif edir

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir ölkədə terrorçular üçün ölüm cəzasının tətbiqini təklif edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ben Qvir ölkə vətəndaşları üçün silah gəzdirmək hüququnun əldə edilməsi prosedurunun sadələşdirilməsini məqsədəuyğun hesab edib.

“...Mən küçələrdə silah istəyirəm, İsrail vətəndaşlarının özlərini müdafiə edə bilmələrini istəyirəm”-deyə israilli nazir bilirib.

Bir daha xatırladaq ki, yanvarın 27-də axşam Şərqi Qüdsdə sinaqoqda atışma barədə məlumat yayılıb. Yeddi nəfər ölüb, ən azı on nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb və hücum edənin zərərsizləşdirildiyini bildirib.

Yanvarın 28-də günortadan sonra Qüdsdə atışma təkrarlanıb. Nəticədə iki nəfər ağır yaralanıb. Polis həmçinin terrorçunun zərərsizləşdirildiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə