Rusiyada xarici pasportların verilməsi dayandırılıb

Artıq Rusiyanın bir sıra regionlarında on il müddətinə qüvvədə olan xarici pasportların verilməsi dayandırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tver və Orenburq vilayətlərinin Daxili İşlər Nazirliyi yerli mediaya onillik pasportların verilməsinin dayandırıldığını təsdiqləyiblər.

Qeyd edək ki, oxşar vəziyyət Amur bölgəsində də yaşanır. Belə ki, burada da yerli sakinlərə 10 il müddətinə etibarlılıq müddəti olan pasportların verilməsinin dayandırılması barədə məlumat verilib.

Maraqlıdır ki, Rusiynın bəzi bölgə rəsmiləri on illik pasport verilməsinin martın ikinci yarısında bərpa ediləcəyini desələr də, amma Çuvaşiyanın Daxili İşlər Nazirliyi pasportların verilməsi müddətinin “qeyri-müəyyən müddətə” artırıldığını bildiriblər.

Bəli, artıq 2022-ci ilin yayından bəri bir neçə ölkənin Rusiya səfirliyində də yeni pasportların verilməsi dayandırılıb.

Qeyd edək ki, səlahiyyətlilər bunu “texniki səbəblərlə” izah edirlər. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, buraxılış “elektron medianın yenidən formatlaşdırılması zərurətinə görə” dayandırılıb.

Daha sonra “İzvestiya” nəşri informasiya texnologiyaları sektorundakı mənbələrə istinadən pasport verilməsinin dayandırılmasını bu sənədlərin verilməsi üçün lazım olan çiplərin çatışmazlığı ilə bağlı ola biləcəyini yazıb.

Yeri gəlmişkən, rus saytlarının yazdığına görə, 2022-ci ildə, yanvar-oktyabr aylarında ruslara demək olar ki, 4,35 milyon xarici pasport verilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə üçdə bir çoxdur,

Bundan əlavə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra - 2022-ci ilin birinci yarısında xarici pasportların alınmasında ən güclü artım müşahidə olunub.

Deyirəm, bəlkə rus səlahiyyətliləri xarici pasport alan rusların ölkədən qaçmasının qarşısını bu yolla almaq istəyirlər?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə