ABŞ Rusiyaya qarşı sanksiyalara məhəl qoymadığı üçün Türkiyə və Birləşmiş Ərəb Əmirliklərini Amerika bazarını itirməklə hədələmək istəyir

ABŞ maliyyə nazirinin müavini Brayan Nelson gələn həftə Türkiyə və Yaxın Şərqə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, amerikalı səlahiyyətli Rusiyanın ona qarşı tətbiq edilən Qərb sanksiyalarından yayınması ilə bağlı danışıqlar da aparmaq niyyətindədir.

Bu arada “Reuters” qeyd edir ki, amerikalı məmur ölkələr və şirkətləri Qərbin məhdudiyyətləri altında olan təşkilatlarla iş apardıqları təqdirdə ABŞ bazarına çıxışını itirə biləcəkləri barədə xəbərdarlıq etmək niyyətindədir.

Qeyd edək ki, Nelsonun səfəri 2023-cü il yanvarın 29-dan fevralın 3-dək baş tutacaq. O, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən başqa Omana da səfər edəcək.

Məxfi mənbələrdən sızan məlumata görə, Maliyyə Nazirliyinin nümayəndəsi Rusiya gündəmindən əlavə İranın regiondakı hərəkətlərini müzakirə etməyi planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə