İsrail vətəndaşları ayıq-sayıq qalaraq, düşmən qarşısında birlik nümayiş etdirməlidirlər. Bu müraciət şənbə günü Şərqi Qüdsdə sinaqoqda 7 nəfərin həyatına son qoyan terror aktından və şənbə günü Şərqi Qüdsdə baş verən atışma hadisəsindən sonra yəhudi dövlətinin prezidenti İzsxak Hersoq tərəfindən həmyerlilərinə edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısı həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

“Bu dəhşətli terror hücumları bir daha bizə sadə və ağrılı bir həqiqəti xatırladır: bizə zərər vermək və bizi öldürmək istəyən düşmənlərimizə qarşı nə qədər fikir ayrılığımız olsa da, birliyimizi qorumalıyıq”, - deyə prezident İsrailin təhlükəsizliyini dəstəklədiyini bildirib.

“Mən hər kəsi ayıq-sayıq olmağa və bu dövrlərdə məsuliyyətli davranmağa çağırıram”.

Bunu da israilli prezident bildirib.

Xatırladaq ki, cümə günü axşam Şərqi Qüdsdə yəhudilərin yaşadığı Neve Yaakov rayonunda sinaqoq yaxınlığında terror aktı törədilib.

Nəticədə 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Polisin məlumatına görə, terrorçu böyük ehtimalla təkbaşına hərəkət edib və hadisə yerindən qaçmaq istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhv edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə