Rusiyadan qonşu ölkələrə pul köçürmələri rekord həddə çatıb

Pul köçürmələrinin artımının əsas səbəblərindən biri Rusiya ilə Ukrayna arasında müharibənin başlaması və sonrakı səfərbərlik fonunda rusların başqa ölkələrə köçməsi olub.

2022-ci ildə ruslar qonşu ölkələrə rekord həcmdə pul köçürmələri ediblər.

Bu arada SİA-nın əldə etdiyi məlumata görə, RBC Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstana köçürmələrin statistikasını öyrənib.

Beləliklə ruslar Qazaxıstana 775 milyon dollardan çox pul göndəriblər ki, bu da 2014-cü ildən bəri rekord göstəricidir. Qeyd edək ki, bu dövrdən Qazaxıstan Milli Bankının statistikası mövcuddur. Bu göstərici 2021-ci ildə respublikaya göndərilən transfertlərin həcmindən təxminən 7 dəfə çoxdur.

Rusiya vətəndaşları Gürcüstana iki milyard dollar göndərib ki, bu da 2012-ci ildən bəri rekord göstəricidir. Ötən il Rusiyadan Gürcüstana 411 milyon dollar göndərilib.

Özbəkistana pul köçürmələrinin həcmi 14,5 milyard dollar təşkil edib. Bu rəqəm ötən illə müqayisədə iki dəfə yarımdan çoxdur.

Ermənistan və Qırğızıstan hələ 2022-ci il üçün statistika dərc etməyiblər. Məlumdur ki, noyabrda Ermənistana köçürmələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə artaraq 3 milyard dolları ötüb.

Ruslar Qırğızıstana iki milyard yarım dollardan çox pul göndəriblər. Bu, 2005-ci ildən bəri rekord göstəricidir. Eyni zamanda, ötən illə müqayisədə bu rəqəm cəmi 6 faiz çoxdur.

Yeri gəlmişkən bildirək ki, pul köçürmələrinin artımının əsas səbəblərindən biri Rusiya ilə Ukrayna arasında müharibənin başlaması və sonrakı səfərbərlik fonunda rusların başqa ölkələrə köçməsi olub.

Bu arada Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin son məlumatlarına görə, təkcə iyul-sentyabr aylarında təxminən 10 milyon Rusiya vətəndaşı xaricə gedib ki, bu da keçən illə müqayisədə bir milyon çoxdur.

Onu da qeyd edək ki, ruslar ilk növbədə vizasız ölkələrə getdilər. Belə ki, onların Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistana səfərlərin sayı beş illik rekorda imza atıb.

Qonşu dövlətlər də kart turizmi adlanan turizm növü ilə məşhurlaşıb. Sanksiyaların tətbiqindən sonra beynəlxalq ödəniş sistemləri Rusiya bazarını tərk edib və ruslar beynəlxalq bank kartlarını emissiya etmək üçün başqa ölkələrə səfər ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə