Medvedev Annalena Burboku “faydalı axmaq” adlandırıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev AŞPA-nın yanvarın 24-də keçirilən iclasında Almaniyanın xarici işlər naziri Annalena Burboku Rusiyaya qarşı müharibə elan etdikdən sonra onu “faydalı axmaq” adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı siyasətçi ingilisdilli “Twitter” səhifəsində Burbokun çıxışına münasibətini yazıb.

Parlament Assambleyasında Avropa ölkələrinin Rusiyaya qarşı mübarizə apardığını və buna görə də Kiyevə yardımı artırmalı olduqlarını bildirən Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin səmimiyyəti Medvedyevi təəccübləndirib.

“Almaniyanın xarici işlər nazirinin belə mütləq və faydalı axmaq olması gözəl deyilmi?”. Medvedyev yazıb bunu.

Qeyd edək ki, daha əvvəl o, üçüncü dünyanın başlanğıcında dünyanın toza çevriləcəyini proqnozlaşdırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə