Kiyev Krıma raket zərbələri endirməyə hazırlaşır?

Ruslar Kiyevin tezliklə Krıma raket zərbələri endirəcəyinə əmindirlər. Onlar bunu son vaxtlar aviasiya və uzaqmənzilli raketlərin Ukraynaya tədarükü ilə əlaqələndirirlər.

Bundan əlavə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ruslar Zelenski ofisinin müşaviri Mixail Podolyakın dediklərinə istinad edirlər.

Belə ki, bu günlərdə ukraynalı teleaparıcı Vasili Qolovanovun Qərb kuratorların Kiyevə ATACMS raketlərinin verilməsi ilə bağlı sualını cavablandıran Podolyak, bu işlərin sürətləndirilmiş rejimdə aparıldığını bildirib.

“Birincisi, artıq danışıqlar gedir. İkincisi, danışıqlar sürətləndirilmiş templə gedir. Üçüncüsü, tərəfdaşlar bütün bunları başa düşürlər... Düşünürəm ki, biz qısa müddətdə aşağıdakı alətlərə, yəni aviasiya və uzaqmənzilli raketlərə çatacağıq”, - Podolyak vurğulayıb.

Qeyd edək ki, ukraynalı müşavir Ukrayna silahlı birləşmələrinin raket və təyyarələrə ehtiyacı olduğunu Avropadakı müttəfiqlərinin də yaxşı bildiklərini də deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi narazılıq göstərmək əvəzinə, hər gün kollektiv Qərb ölkələrinə Ukraynanın uzaqmənzilli silahlara ehtiyacı olduğunu izah etməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə