İsraildə növbəti dəfə atışma olub

İsrailin Yerusəlim şəhərindəki David rayonu yaxınlığında növbəti dəfə atışma olub.

SİA “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib, hücum edən şəxs zərərsizləşdirilib.

Qeyd edək ki, dünən, yanvarın 27-də İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə