İsrail fələstinlilərə daha bir hücum edib - 5 fələstinli yaralanıb

İsrail fələstinlilərə daha bir hücum edib. SİA Fələstinin WAFA xəbər agentliyinə istinadən xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində İsrail qüvvələrinin açdığı atəş nəticəsində 5 fələstinli yaralanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada Qızıl Aypara qruplarının 5 yaralı fələstinlini Nablusdakı Rafidya xəstəxanasına köçürdüyü bildirilib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Rafidya Xəstəxanasına gətirilən və qarnından güllə yarası alan yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, İsrail əsgərləri dünən işğal altındakı İordan çayının qərb sahilində yəhudi məskunlaşmalarına və İsrail ordusunun Cenin Qaçqınlar Düşərgəsinə basqın etməsinə etiraz olaraq keçirilən nümayişlərə müdaxilə edərək 5 fələstinlini yaralayıb. Yanvarın 26-da səhər saatlarında İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Cenin qaçqın düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə