ATƏT-in fəaliyyətdə olan sədri səfirliyə hücumu pisləyib

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb. SİA xəbər verir ki, bu barədə B.Osmani tviter hesabında bildirib. O, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə