Sindika bazarının ərazisində yanğın olub

Rusiyanın Moskva vilayətindəki Sindika bazarının ərazisində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın bazardakı anbarlardan birində başlayıb. Yanğının başqa bir binaya keçə biləcəyi ehtimal olunur.

Verilən məlumata görə, yanğının sahəsi 2100 kvadratmetrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə