İspaniya Ukraynaya "Leopard" tankları göndərəcək

İspaniya hökuməti yazda Ukraynaya "Leopard" tankları göndərəcək. SİA xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Marqarita Robles məlumat verib.

O, göndəriləcək tankların sayı barədə məlumat verməyib. Nazirin sözlərinə görə, İspaniya tank ekipajlarının təlimlərinə də kömək edəcək.

"Müttəfiqlərin planı budur ki, tanklar yaza qədər göndəriləcək. Biz bu vaxtdan Ukrayna hərbçilərinə təlim keçmək üçün istifadə edəcəyik”, - Robles deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə