Sinaqoq yaxınlığında terror aktı: ölənlərin sayı 8-ə çatıb

Yerusəlimin Neve Yaakov məhəlləsində sinaqoq yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

23:08

Yerusəlimdə baş verən atışma nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı İsrail tibb xidməti yayıb.

"Həkimlər müxtəlif dərəcəli xəsarətlər almış 10 nəfərə yerindəcə tibbi yardım göstərirlər. Hadisə zamanı beş nəfər ölüb", - xidmətdən bildirilib.

İsrail polisinin məlumatına görə, hücum terror aktı kimi qiymətləndirilir. Terrorçu zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə